AZ

Betonqarışdıranla minik avtomobili toqquşdu: ölən var

Mingəçevir şəhərində betonqarışdıran və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, şəhərdə avtomobilin betonqarışdıran maşınla toqquşması nəticəsində Yevlax rayon sakini 1972-ci il təvəllüdlü Müşfiq Mövsümov ölüb, 1985-ci il təvəllüdlü Fuad Əşrəfov və 2013-cü il təvəllüdlü N.S. yaralanaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
1
axar.az

2Mənbələr