AZ

İranda iki İsrail kəşfiyyatçısı saxlanıldı - 200 kq-dan çox partlayıcı ələ keçirildi

BAKI, 16 iyun. TELEQRAF

İran polisi Rey şəhərinin Faşapuye rayonunda İsrail kəşfiyyat xidməti - Mossadın iki agentini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayır. Bildirilir ki, onların üzərində 200 kq-dan çox partlayıcı tapılıb.

Onlardan həmçinin 23 pilotsuz uçuş aparatı (PUA) üçün buraxılış qurğuları, istiqamətləndirmə sistemləri və idarəetmə pultu götürülüb.

Seçilən
13
teleqraf.com

1Mənbələr