"Real Madrid" klubu növbəti mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq futbolçuları "ovlamağa" davam edir. 

Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" "Liverpul"un futbolçusu İbrahima Konateni transfer siyahısına əlavə edib. 26 yaşlı müdafiəçi Madrid təmsilçisində 2026-cı ilin yayı üçün bir nömrəli transfer hədəfi olaraq seçilib. 

Qeyd edək ki, Konate 2021-ci ildən formasını geyindiyi "Liverpul" klubunda 132 oyun keçirib, 5 qol vurub, 4 assistə imza atıb. Onun Mersisayd təmsilçisi ilə sözləşməsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq.

Xatırladaq ki, "Real" daha öncə "Liverpul"un sabiq futbolçusu Trent Aleksandr-Arnoldu azad agent olaraq transfer etmişdi.