BAKI. 16 iyun. TELEQRAF
İran hücumların davam etdiyi müddətdə danışıqlar aparmayacağı barədə Qətər və Omanı məlumatlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbə “Agence France-Presse” nəşrinə bildirib.
Söhbətin həm İsraillə atəşkəs, həm də ABŞ ilə yeni nüvə sazişi üzrə danışıqlardan getdiyi qeyd olunur.
"İranlılar Qətər və Omandan olan vasitəçilərə bildiriblər ki, onlar yalnız İranın İsrailin zərbələrinə cavabı tamamladıqdan sonra ciddi danışıqlar aparacaqlar", - məlumatda deyilir.