AZ

Formula 1: Kanada Qran Prisində yeni qalib, köhnə lider

BAKI. 16 iyun. TELEQRAF

Formula 1 üzrə Kanada Qran Prisinin yekununda "Maklaren" pilotu Oskar Piastri komanda yoldaşı Lando Norrislə xal fərqini 22-yə çatdırıb.

Teleqraf xəbər verir ki, "Red Bull"un sürücüsü, dördqat dünya çempionu Maks Ferstappen liderdən 43 xal geri düşüb.

Yürüşün qalibi adi "Mersedes" pilotu Corc Rassell qazanıb. Onun komanda yoldaşı Andrea Kimi ANtonelli üçüncü yeri tutub. Ferstappen isə ikinci olub.

Hazırda Piastrinin 198, Norrisin 176, Ferstappenin 155, Rassellin 136 xalı var.

Konstruktorlar Kubokunda "Maklaren" 374 xalla liderdir. "Mersedes" 199 xalla 2-ci, "Ferrari" 183 xalla 3-cüdür.

Seçilən
10
teleqraf.com

1Mənbələr