AZ

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

İstanbul, 16 iyun, Günel Karatepe, AZƏRTAC

Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub..

AZƏRTAC xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb.

Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub.

Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib.

Seçilən
15
8
azertag.az

9Mənbələr