AZ

UFC turnirində qeyri adi döyüş: İdmançı aktyorluq etməkdə ittiham olundu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin Atlanta şəhərində Mütləq Döyüş Çempionatının (UFC) turnirində qeyri-adi döyüş baş tutub.

Oxu.Az sport24.ru-ya istinadla xəbər verir ki, döyüşün iştirakçıları yarıağır çəkinin nümayəndələri Pol Kreyq və Rodolfo Bellato olublar.

Birinci raundun sonunda Kreyq yerə yıxılıb və uzanmış vəziyyətdə olarkən qadağan edilmiş zərbə endirib.

Bundan sonra Bellato döyüşü davam etdirmək iqtidarında olmadığını göstərib.

Bir çox ekspert və UFC döyüşçünün fikrincə, Bellato simulyasiyaya yol verib - Kreyqin zərbəsindən sonra əvvəlcə hakimə şikayətlənib, yalnız bunun ardınca özünü huşsuz vəziyyətdə göstərib.

Nəticədə Kreyq-Bellato döyüşü baş tutmamış sayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
oxu.az

1Mənbələr