AZ

Britaniyada uçuş eniş zolağı olan ev satılır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın Şərqi Sasseks bölgəsindəki Udimor şəhərində kiçik uçuş-eniş zolağı və təyyarə anqarı olan ev 945 min funt-sterlinqə (təxminən 2.2 milyon manata) satılır.

Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, "Equus" daşınmaz əmlak agentliyinin satdığı evin 5 hektar ərazisi olan bağları və otlaqları var.

Evin özündə böyük qonaq otağı, mətbəx və birinci mərtəbədə köməkçi otaq var. Yataq otaqları və vanna otağı ikinci mərtəbədədir.

Çöldə emalatxana və İtaliyadan gətirilən mozaik plitələrlə üzlənmiş kiçik həyət yerləşir.

Evin, həmçinin yüngül təyyarələr üçün uçuş-eniş zolağı, həmçinin təyyarələr üçün anqarı var. Evin ərazisinə kiçik üzüm bağı, tövlələr və atçılıq arenası da daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
oxu.az

1Mənbələr