
İsrailin döyüş təyyarələri İranın Qum şəhəri ərazisindəki Fordo nüvə obyektinə zərbələr endirib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yerli mənbələrə istinadla yayıblar.
İsrail və İran hələlik bu məlumatı rəsmən təsdiqləməyib.
İran Seysmoloji Mərkəzinin məlumatına görə, zərbələrdən sonra Fordo bölgəsində 2,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Mütəxəssislərin fikrincə, zəlzələnin ocağı on kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, Fordo uran zənginləşdirmə zavodu İranın Qum şəhəri yaxınlığındakı dağ tunellərində yerləşən yeraltı nüvə obyektidir. Bu, ölkənin ən təhlükəsiz nüvə obyektlərindən biridir.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində ABŞ-nın İrandakı Fordo nüvə obyektini vura biləcəyini demişdi. Bu, İsrail Müdafiə Qüvvələrinin Fordonu təkbaşına məhv edə bilməyəcəyi ilə bağlıdır. Lakin Ağ ev bu məlumatı sonradan təkzib edib.
E. KAMAL