AZ

TENDER: Körpünün əsaslı təmiri

Finss.az - "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi Aşağı Muğan II - Küryanı kollektorunda PK143+51-də yerləşən aşırım körpünün əsaslı təmiri üçün tender elan edib.

Dövlət satınalmaları portalında yerləşdirilən məlumata əsasən, layihənin ehtimal olunan dəyəri 40.000 manat təşkil edir. Təmir işləri beton quraşdırılması və təmiri üzrə (təhlükəsizlik kodu: 72152700) aparılacaq.

Tenderdə iştirak üçün iddiaçılar 80 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödəməlidirlər. Sənədlərin təqdim olunması üçün son tarix 9 iyul 2025-ci il, saat 17:00-dır. Elə həmin gün zərflərin açılması da nəzərdə tutulur.

Ətraflı məlumat etender.gov.az portalında təqdim olunub.

Seçilən
8
fins.az

1Mənbələr