AZ

İsrail SEPAH-ın Qüds Qanadının komanda mərkəzini vurdu

İsrail Hərbi Hava Qüvvələri Tehranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit bölməsi olan Qüds Qanadının və İran ordusunun komanda mərkəzinə dəqiq zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İDF-yə məxsus "Telegram" kanalında məlumat verilib.

İDF-nin məlumatına görə, əməliyyatlar kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Hərbçilərin iddiasına görə, bu mərkəzlər Yaxın Şərqdə İranın nəzarətində olan qrupların köməyi ilə İsrailə qarşı hücumlar planlaşdırmaq üçün istifadə edilib.

Seçilən
34
publika.az

1Mənbələr