Edin Ceko yenidən İtaliya A Seriyasında çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça"dan ayrılan 39 yaşlı hücumçu azad agent kimi "Fiorentina"ya qoşulacaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Ceko Florensiya təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. O, ilinə 2 milyon avro qazanacaq.
Qeyd edək ki, təcrübəli futbolçu daha öncə İtaliyada 6 mövsüm "Roma"nın, 2 mövsüm isə "İnter"in formasını geyinib.