AZ

İran atəşkəs danışıqlarından imtina etdi -"Ruters"

İran vasitəçilərinə bəyan edib ki, İsrailin zərbələrinə cavab verilməyənə qədər atəşkəslə bağlı danışıqlara hazır olmayacaqlar. Bu barədə "Reuters" məlumat yayıb. Nəşr mənbəsinə istinad edib. 


"İranlılar Qətər və Oman vasitəçilərinə məlumat veriblər ki, onlar yalnız Tehran İsrailin qabaqlayıcı zərbələrinə cavablarını tamamlayandan sonra ciddi danışıqlara başlayacaqlar. İran hücum təhlükəsi altında danışıqlara getməyəcəyini açıq şəkildə bildirib", - mənbə bildirib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Seçilən
34
news365.az

1Mənbələr