AZ

Səhiyyə Nazirliyi: İranda İsrailin hücumu nəticəsində 224 nəfər ölüb – YENİLƏNİB

İranda İsrail Müdafiə Qüvvələrinin (İMQ) hücumu nəticəsində 224 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib. "Onların 90 %-dən çoxu mülki şəxslərdir”, – Kirmanpur qeyd edib. SN nümayəndəsi 522 nəfərin evə buraxıldığını, 224-nün öldüyünü vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Vaşinqtonda iqamət edən İranda İnsan Haqları Fəalları təşkilatı İMQ-nin zərbələri nəticəsində azı 406 nəfər öldüyünü, 654 nəfərin isə yaralandığını irəli sürmüşdü.

19:06
İranda İsrailin hücumları nəticəsində, qadın və uşaqlar daxil olmaqla, azı 128 nəfər ölüb.

7News.Az "Etemad" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur bildirib.

O, ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü açıqlayıb. "Ölən və yaralananların dəqiq sayı bəlli deyil, çünki yaralıların əhəmiyyətli hissəsi ordu və Sepah ilə əlaqəli xəstəxanalara köçürülüb, İsrailin hücumlarına uğramış ərazilərin təmizlənməsi isə başa çatmayıb”, – nazirliyin nümayəndəsi vurğulayıb.

O, Səhiyyə Nazirliyinin nəzdindəki xəstəxanalara 900 nəfərin yerləşdirildiyini, onlardan 230-nun evə buraxıldığını açıqlayıb.
Seçilən
3
7news.az

1Mənbələr