AZ

Rusiyada inqilab elan edildi: Dəyişikliklərə ehtiyac var

Rusiyada son illərdə mövcud iqtisadi artım modeli öz potensialını tükədib.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin deyib.

O, hesab edir ki, gələcək tərəqqi üçün təkcə mütərəqqi hərəkat yox, keyfiyyətcə yuxarıya doğru sıçrayış lazımdır.

Rusiya iqtisadiyyatı son dövrdə əhəmiyyətli dinamika nümayiş etdirib: ölkənin ÜDM-i 2023-cü ildə 4,1%, 2024-cü ildə isə 4,3% artıb. Hesablamalara görə, 2024-cü ildə Rusiya qlobal ÜDM-in artımına ən böyük töhfə verən ilk beş ölkəyə daxil olub.

“Ekspert” jurnalına müsahibəsində Oreşkin bildirib ki, qarşıdan gələn Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda əsas müzakirə mövzusu daxili iqtisadiyyatda struktur islahatları olacaq.

Son illərdə aktiv iqtisadi yüksəliş müşahidə olunur. Rusiya alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış iqtisadi həcmə görə Avropada birinci, dünyada isə dördüncü yerə yüksəlib. Lakin bu sıçrayış əsasən iqtisadiyyatın fəaliyyətsiz, əvvəllər istifadə olunmamış ehtiyatlarının səfərbər edilməsinin nəticəsi idi. Oreşkin bildirib ki, bu artım modeli öz potensialını tükəndirib.

Seçilən
26
publika.az

1Mənbələr