AZ

Azərbaycan smartfonu hansı ölkədən neçəyə alır - MƏBLƏĞLƏR

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 112 milyon 938 min ABŞ dolları dəyərində 361 min 631 ədəd smartfon idxal edilib.

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gətirilən smartfonların sayı 71 min 568  ədəd (16,5%), dəyəri isə 10 milyon 92 min ABŞ dolları (8,2%) azalıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində ölkəyə 123 milyon 30 min dollar dəyərində 433 min 199 ədəd smartfon idxal edilmişdi.

Maraqlı məqam idxal olunan smartfonların orta qiymətinin artmasıdır. Hesabat dövründə idxal olunan bir smartfonun orta idxal dəyəri 531 manat təşkil edib.

Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 483 manat idi. Beləliklə, bir il ərzində ölkəyə idxal olunan smartfonların orta qiyməti 48 manat və ya 10% artıb.

 

ÖLKƏLƏR

SAY ƏDƏD

MƏBLƏĞ (DOLLAR)

ORTA İDXAL QİYMƏTİ (DOLLAR)

ORTA İDXAL QİYMƏTİ (MANAT)

S/N

  Smartfonlar

361 631

112 937 760

 $312

 531 ₼

1

  Hindistan

5 604

2 839 800

 $507

 861 ₼

2

  Vyetnam

61 094

24 378 570

 $399

 678 ₼

3

  Çin

294 699

85 691 250

 $291

 494 ₼

4

  Amerika Birləşmiş Ştatları

1

230

 $230

 391 ₼

5

  Koreya Respublikası

230

27 600

 $120

 204 ₼

Seçilən
15
fed.az

1Mənbələr