AZ

“Napoli” Mançester klubunun futbolçularını istəyir

“Napoli” “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş və “Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaçonu transfer etməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu bu futbolçulardan ən azı birinin alınması  üçün 53 milyon avro ayrılıb. Hazırda tərəflər arasında danışıqlara davam edir. 

2024/25 mövsümündə Qriliş “Mançester Siti”nin heyətində bütün yarışlarda 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Qarnaço isə “Mançester Yunayted”in heyətində 58 matçda 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onun “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. 

Seçilən
26
2
idmanxeber.az

3Mənbələr