“Araz Naxçıvan” “Apollon”un (Kipr) yarımmüdafiəçi Şarl Boli ilə razılığa gəlib. Msport.az xəbər verir ki, fransalı vinger yaxın vaxtlarda Azərbaycana gəlib rəsmi müqaviləyə imza atacaq.
26 yaşlı futbolçu ötən mövsüm Kipr çempionatında 21 oyunda meydana çıxıb və 1 qol vurub.
Karyerasına Fransada “Lans”da başlayan vinger vətənində “Pau” və “Paris” klublarında və İtaliyada “Viçentza”da çıxış edib.