AZ

İrana qarşı bir şərt var

İsrail və İran arasında başlanan və amansız formada davam edən hava müharibəsi ilə paralel Tehran-Vaşinqton xəttində danışıqlar bir mövzuda gedir – “İranın nüvə prosesindən tam və birmənalı imtinası”.

Bu, tərəflərin davranışlarından açıq hiss edilir.

İran nüvə silahından imtinaya ikiəlli razıdır, sadəcə deyir ki, bunun üçün İsrail hücumları dayandırsın və biz dərhal danışıqlara gəlirik.

Amma İran nüvə araşdırmalarından tam imtinaya hazır və razı deyil. Həm İran prezidenti, həm də xarici işlər naziri elan edib ki, Tehranın nüvə enerjisindən istifadə və təhqiqatlar aparmaq hüququ var.

İndi Tehran diplomatiyası belə bir hüququ özündə saxlamaq uğrunda mübarizə aparır. İsrail və ABŞ İran üçün belə bir hüququ rədd edir.

Bu səbəbdən də ABŞ mesaj verir ki, İran ilk olaraq İsraillə anlaşmalıdır. Açıqlaması: nüvə prosesindən tam imtina etmirsinizsə, İsrail bunu sizə məcburi qəbul etdirəcək. 

Bu baxımdan İranın qarşısında iki seçim qalır – ya müharibəni davam etdirmək, daha çox sağalmaz yaralar almaq, rejimin zəifləməsi və ya yıxılması riski ilə üzləşmək, ya da nüvə prosesindən tam imtina etmək və həm də bunu rəsmi şəkildə elan etmək.

Seçilən
5
vaxt.az

1Mənbələr