BAKI, 16 iyun. TELEQRAF
Ermənistanın Kasax rayonunda polis əməkdaşları ilə etirazçılar arasında əlbəyaxa dava düşüb. Polislərdən biri özündən çıxaraq sakinlərə nalayiq söyüşlər söyüb.
Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, əsəbi polisi sakitliyə riayət etməsinə çağırış edən jurnalistlərdən biri də döyülüb. Bundan sonra aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub.
Qeyd edək ki, etiraz aksiyası avtobusların qiymət artımı ilə bağlıdır.