AZ

İsrail itkilərini açıqladı

Ötən gecə İrandan atılan raket hücumları nəticəsində 8 israilli ölüb, 100-dən çoxu yaralanıb.

XəzərNews.az "İsrailin səsi" Teleqram kanalına istinadən xəbər verir ki, 4 nəfər Petah Tikvada yaşayış binasına raket düşməsi nəticəsində, bir nəfər Bney Brakda, üç nəfər isə Hayfada birbaşa zərbə zamanı həlak olub.

ABŞ-ın Təl-Əvivdəki səfirliyinin ofisi zədələnib, üç sinaqoq və bir təhsil müəssisəsi tamamilə dağıdılıb.

"İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində müharibə başlayandan ölənlərin ümumi sayı 24 nəfərə çatıb. Onların hamısı mülki şəxslərdir", - xəbərdə deyilir.

Xəbər 1 dəfə oxunub.
Seçilən
14
1
xezernews.az

2Mənbələr