Çinin Beynəlxalq İnam və İnvestisiya Korporasiyası (China International Trust and Investment Corporation - CITIC) Qazaxıstanda geoloji kəşfiyyat və yeni neft yataqlarının axtarışı layihələrində iştirak edəcək.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bununla bağlı şirkətlər "KazMunayQaz" (KMG) SC arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.
Sənədə bu gün keçirilən "Mərkəzi Asiya - Çin" ikinci sənaye-investisiya əməkdaşlığı forumu çərçivəsində KMG-nin İdarə Heyətinin sədri Asxat Xasenov və “CITIC Group”un Direktorlar Şurasının sədri Si Qohua imza atıb.
"Sənəd Qazaxıstan ərazisində neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, eləcə də geoloji tədqiqatların aparılması sahəsində əməkdaşlığı nəzərdə tutur", - Qazaxıstan şirkətinin məlumatında bildirilib.