AZ

Vəziyyəti kritikdir

Xəbər verdiyimiz kimi, dələduzluq ittihamı ilə həbs olunan Bahar Candana "anoreksiya nervoza" diaqnozu qoyulub. 

News24.az xəbər verir ki, sağlamlıq problemləri ilə mübarizə aparan Candan tibbi müalicəni qəbul etməkdən imtina edib.

Bahar Candanın bacısı Nihal Candanın isə vəziyyəti daha da ağırlaşaraq 29 kiloya qədər düşüb. Atası Umut Candan qızının sağlamlığına zərər verəcək şəkildə davrandığını bildirərək, “Daim qəhvə, soda və siqaret istifadə edir. Serumu çıxarıb atır, sanki canından bezib” deyə narahatlığını ifadə edib.

Nihal Candanın yaxın dostu Pınar Kerimoğlu isə sosial şəbəkə vasitəsilə onun vəziyyətinin kritik olduğunu açıqlayaraq yardım çağırışı edib.

Səma Orucova

Seçilən
24
news24.az

1Mənbələr