AZ

Tərəzilər üçün keçmişlə üzləşmə vaxtıdır

Astroloq Dinçer Güner, 16–22 iyun tarixlərini əhatə edən həftə üçün Tərəzi və yüksələn Tərəzi bürcləri barədə sosial şəbəkə üzərindən proqnozlarını bölüşüb.

News24.az xəbər verir ki, onun fikrincə, bu həftə keçmişdən gələn mövzular yenidən gündəmə gələ bilər.

Tərəzilər daha çox iç dünyalarına çəkilə, enerjilərini ifadə etməkdə çətinlik çəkə bilərlər. 

Günerin xəbərdarlıqları və tövsiyələri belədir:

1. Keçmişlə bağlı məsələlər və ya unudulmuş hadisələr yenidən qarşıya çıxa bilər,

2. Gizli düşmənliklər və ya arxadan danışılan sözlərə qarşı diqqətli olmaq vacibdir,

3. Hisslərini gücləndirmək və ətrafındakı insanları diqqətlə müşahidə etmək faydalı olacaq,

4. Sağlamlıq baxımından bədən və ruh istirahətinə ehtiyac duyulacaq,

5. Meditasiya, terapiya kimi fəaliyyətlər daxili balansı qorumağa kömək edə bilər,

6. Daxili narahatlıq və qayğıları sakit və şüurlu şəkildə qarşılamalısan,

7. Xeyriyyəçilik və könüllü fəaliyyətlər ruhsal baxımdan gücləndirici olacaq,

8. Yuxu rejimi və yuxulardakı simvollara diqqət yetirmək, bilinçaltının mesajlarını anlamana yardım edə bilər.

Səma Orucova

Seçilən
6
1
news24.az

2Mənbələr