ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla "KC-135 Stratotanker" tipli yanacaqdoldurma təyyarəsi ölkə daxilindəki bazalarını tərk edərək Atlantik okeanı üzərindən Şərq istiqamətində hərəkətə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatlar "Flightradar24" və digər aviasiya izləmə platformalarının qeydlərinə əsaslanır.
16-27 iyun tarixlərində Finlandiyada NATO-nun "Atlantic Trident 25" adlı hava qüvvələri təlimləri keçiriləcək. Finlandiya Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi açıqlamaya görə, təlimlərə məhz bu tip yanacaq təyyarələri də cəlb olunacaq.
Lakin hərbi təyyarələrin hərəkətini izləyən bəzi monitorinq kanallarının administratorları bu təyyarələrin İran-İsrail münaqişəsində də istifadə oluna biləcəyini ehtimal edirlər.