BAKI, 16 iyun. TELEQRAF
Türkiyə 1 iyuldan ənənəvi illik yeniləmə çərçivəsində Boğaziçi və Çanaqqala Boğazlarından keçid haqqını artıracaq. Bu, 2022-ci ildən bəri edilən dördüncü artım olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu məlumat verib.
"Montre Konvensiyası əsasən Boğaziçi və Çanaqqala boğazlarından tranzit edən gəmilərdən alınan rüsumlar xalis tonaja uyüğun hesablanır. 2025-ci il iyulun 1-dən onlar əvvəlki ilin tarifləri ilə müqayisədə 15% artırılacaq və 5,83 ABŞ dolları təşkil edəcək. Bu, 2022-ci ildə prezidentin fərmanı ilə başlanmış tariflərin yenidən gözdən keçirilməsi prosesində dördüncü mərhələdir”, - deyə nazir bildirib.
Uraloğlu qeyd edib ki, 2022-ci ildən gəmilərin keçidinin qiyməti 7,2 dəfə artıb. Eyni zamanda, gəmilər2022-ci ilə qədərboğazlardan keçid üçün hər ton üçün 0,8 dollar ödəyiblər. Yığılan rüsumun əhəmiyyətli hissəsi sahil xidmətlərinin, xilasedicilərin və həkimlərin işinin maliyyələşdirilməsinə yönəldilib..