AZ

Makron Trampın "ağzından vurdu"

Rusiya İsraillə İran arasında münaqişədə vasitəçi kimi çıxış edə bilməz.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı deyib.

Makron ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin münaqişə tərəfləri arasında vasitəçilik edə biləcəyi barədə fikirlərini şərh edərkən bildirib: “İndi yüksək intensivli münaqişəyə cəlb olunan və bir neçə ildir ki, BMT Nizamnaməsinə hörmət etməmək qərarına gələn Rusiyanın vasitəçi ola biləcəyinə inanmıram”.

O, həmçinin əlavə edib ki, Fransa İranın “cavab tədbirləri” görəcəyi təqdirdə İsraili “müdafiə əməliyyatlarında” iştirak edəcək.

Seçilən
5
publika.az

1Mənbələr