Tanınmış rusiyalı məşqçi Yuri Syomin Vasili Berezutskinin “Sabah” klubundakı fəaliyyətini dəyərləndirib. Msport.az xəbər verir ki, vaxtilə “Qəbələ”ni çalışdırmış mütəxəssis “Sabah”ın sabiq çalışdırıcısı haqqında müsbət fikirlər səsləndirib:
“O, yaxşı iş gördü. 3-cü yeri tutmaq (əslində “Sabah” mövsümü 5-ci yerdə bitirib – red.) və Azərbaycan kubokunu qazanmaq çox yaxşı nəticədir. Çünki orda “Qarabağ” var və onlar digərlərindən bir baş üstündürlər. Berezutskinin fəaliyyəti çox uğurlu oldu”.
Xatırladaq ki, 78 yaşlı Syomin 2013-2014-cü illər mövsümündə “Qəbələ”ni çalışdırıb.