AZ

İranın İsrailə zərbələri nəticəsində üç gün ərzində ölən və yaralananların sayı məlum olub

Bakı. Trend:

İranın son üç gün ərzində İsrailə endirdiyi zərbələr nəticəsində24 nəfər həyatını itirib, 600-ə yaxın insan yaralanıb.

Trend xəbər verirki, bu barədə İsrail hökumətinin mətbuat xidmətinin rəsmiməlumatında deyilir.

“İyirmi dörd nəfər həlak olub. 592 yaralı var. Onlardan onuağır, otuz altısı orta vəziyyətdədir. 546 nəfər isə yüngülxəsarətlər alıb”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, İranın atdığı raketlər ümumilikdə 30 fərqliəraziyə düşüb. Üç gün ərzində İranın 370-ə yaxın ballistik raketburaxdığı güman edilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
46
az.trend.az

1Mənbələr