"Belə bir şəraitdə Tehran və Vaşinqton arasında danışıqlar mövzusunu gündəmə gətirmək mənasızdır".
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.
"ABŞ aydın mövqe tutmalıdır. ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin hücumlarını tanımağa və onu pisləməyə borcludur", - deyə sözçü vurğulayıb.
Bəqai qeyd edib ki, əgər BMT Nizamnaməsi bütün ölkələr üçün məcburidirsə, BMT-yə üzv olan bütün dövlətlər, o cümlədən Təhlükəsizlik Şurasının beş daimi üzvü bu təcavüzə qarşı mövqe tutmalı və onu pisləməlidir.
Oxu.az
Tarix: 16 İyun 2025, 12:40