ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Renault Group"un baş direktoru Luka de Meo beş illik rəhbərlikdən sonra şirkəti tərk edəcəyini və karyerasını avtomobil sənayesindən kənarda davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Oxu.Az-ın rg.ru-ya istinadən verdiyi məlumata əsasən, şirkətin Müşahidə Şurasının sədri Jan-Dominik Senarın təşəbbüsü ilə toplanan Direktorlar Şurası Luka de Meoya "Renault Group"un transformasiyası sahəsindəki xidmətlərinə görə təşəkkürünü bildirib və onun istefasını qəbul edib. İstefa 15 iyul 2025-ci ildən qüvvəyə minib.
"Şirkətdən ayrılıram, lakin geridə gələcəyə hazır transformasiya olunmuş bir qurum buraxıram. Öz təcrübəmi avtomobil sənayesindən kənarda tətbiq etmək və yeni üfüqlər kəşf etmək istəyirəm", - deyə Luka de Meo bəyan edib.
Direktorlar Şurası yeni baş direktorun təyinatı üçün artıq qəbul edilmiş varislik planına uyğun olaraq müvafiq prosesə start verib.
Ekspertlərin fikrincə, "Renault"da rəhbər dəyişikliyi daha bir "inqilab"a səbəb ola bilər, çünki Luka de Meo bir vaxtlar fransız avtomobil istehsalçısının strategiyasını kökündən dəyişib.
Mediada yayılan məlumata görə, Luka de Meo karyerasını moda dünyasında "Kering" qrupuna rəhbərliklə davam edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.