AZ

İsrail İran gərginliyi qlobal bazarlarda şok təsiri yaradıb

BAKI, 16 iyun. TELEQRAF

İsrail və İran arasında artan gərginlik qlobal maliyyə bazarlarına ciddi təsir göstərib.

Teleqraf xəbər verir ki, qlobal neft qiymətləri cümə günü 6 faiz artaraq bir müddətlik 80 dollar həddini keçib.

Eyni zamanda qızılın da qiyməti yüksəlib. Regional gərginlik ölkələrin valyutalarına təsir göstərib. Qonşu türkiyədə dollar 39,43 lirəyə çatıb,

Analitiklər xəbərdarlıq edir ki, əgər İran Hörmüz Boğazını bağlasa, bu, qlobal neft bazarını sarsıdacaq. Belə ki, dünya neft tədarükünün 20 faizi məhz bu boğazdan keçir. Həmçinin İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft və mayeləşdirilmiş qaz (LNG) ixracının 80 faizi bu boğaz vasitəsilə həyata keçirilir. Bu marşrutun bağlanması neft qiymətlərini 120-130 dollar aralığına qədər yüksəldə bilər.

Əgər münaqişə qısa müddətdə başa çatarsa – məsələn, 14 gün ərzində – iqtisadi təsirləri məhdud qala bilər. Lakin eskalasıya genişlənirsə, xüsusilə enerji və maliyyə bazarlarında daha böyük sarsıntılar qaçılmaz olacaq.

Seçilən
2
teleqraf.com

1Mənbələr