AZ

Aktau limanının tranzit potensialı genişləndirilir 

Bu gün Qazaxıstana məxsus "KTZ Express", Çinin beynəlxalq logistika şirkəti “YXE Trading Service Group” və “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC arasında əməkdaşlıq üzrə üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

“Report” "KTZ Express"ə istinadən xəbər verir ki, sənədə Çin-Mərkəzi Asiya sənaye və investisiya əməkdaşlığı üzrə II Forumu çərçivəsində, Qazaxıstanın Baş nazirinin birinci müavini Roman Sklyarın iştirakı imza atılıb.

Anlaşma Memorandumu çərçivəsində tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm halqalarından olan Aktau limanının terminal imkanlarının genişləndirilməsi layihələrinə diqqət yetirəcəklər. Buraya güclü küləklərə davamlı və yüklərin emal sürətini artırmağa imkan verən yüksək texnologiyalı “STS” kranlara birgə sərmayələr daxildir.

"Memorandumun imzalanması bu ilin aprel ayında əldə olunmuş razılaşmaların məntiqi davamı olmaqla yanaşı, Qazaxıstanın tranzit potensialının gücləndirilməsi və “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafına sadiqliyi nümayiş etdirir", - deyə məlumatda qeyd olunub.

Seçilən
14
2
report.az

3Mənbələr