AZ

PSJ "Barselona"nı qabaqladı - Avropanın ən yaxşısıdır

PSJ 2025-ci ildə Avropanın "Top-5" liqasında ən çox qol vuran klub olub.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, Fransa nəhəngi bunu klublararası dünya çempionatının “Atletiko Madrid” ilə oyununda reallaşdırıb. 

PSJ rəqib qapısından 4 cavabsız top keçirməklə Avropanın ən məhsuldar komandası ünvanını ələ keçirib. Komandanın yarımmüdafiəçi Vitinyanın vurduğu ikinci qol bu ilə təsadüf edən 103-cü qol olub. Luis Enrikenin komandası vurduğu qolların sayına görə “Barselona”nı (102) qabaqlayıb. Amma parislilər bununla da kifayətlənməyərək matçın sonlarında daha iki qol vuraraq bu rəqəmi 105-ə çatdırıblar.

PSJ-nin klublararası dünya çempionatında qrupdakı rəqibləri Braziliyanın “Botafoqo” və ABŞ-nin "Sietl Saunders" komandalarıdır.

Mirağa

Seçilən
3
1
fanat.az

2Mənbələr