İyunun 14-də Amerika Birləşmiş Ştatlarında start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gün mundial çərçivəsində daha dörd qarşılaşma baş tutub.
Turnirin ikinci görüşündə “Bayern” (Almaniya) “Oklend Siti” (Yeni Zelandiya) ilə qarşılaşıb. Münhen təmsilçisi rəqibini 10:0 hesabı ilə məğlub edib.
“Bayern” növbəti oyununu iyunun 21-də Argentina klubu “Boka Xuniors”a qarşı keçirəcək. “Oklend Siti” isə ayın 20-də Portuqaliyanın “Benfika” komandası ilə qarşılaşacaq.
Növbəti oyunda Fransa çempionu PSJ və İspaniya təmsilçisi “Atletiko” (Madrid) komandaları üz-üzə gəliblər. Matç Paris təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunda yer almış “Palmeyras”la (Braziliya) “Portu”nun (Portuqaliya) görüşündə qapılara qol vurulmayıb.
B qrupunda yer almış Braziliyanın “Botafoqo” komandası isə ABŞ təmsilçisi “Sietl Saunders”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
“Botafoqo” iyunun 20-də “Atletiko”, “Sietl Saunders” isə PSJ ilə qarşılaşacaq.
FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.
FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 1-ci tur
A qrupu
Palmeyras (Braziliya) – Portu (Portuqaliya) 0:0
B qrupu
PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya) 4:0
Qollar: F.Ruis, 19. Vitinya, 45+1. S.Mayulu, 87. L.Kanq-İn, 90+7-pen.
Botafoqo (Braziliya) – Sietl Saunders (ABŞ) 2:1
Qollar: Jair, 28. İ.Jezus, 44 – Roldan, 75.
C qrupu
“Bayern” (Almaniya) – “Oklend Siti” (Yeni Zelandiya) 10:0
Qollar: K.Koman, 6; 21. S.Boy, 18. M.Olise, 20; 45+3. T.Müller, 45; 89. C.Musiala, 67; 73-pen; 84.
D qrupu
23:00. Çelsi (İngiltərə) – Los Anceles (ABŞ)