AZ

"Mərcan" klinikasında növbəti ölüm - Şikayət

Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb. Bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib. 

"Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında  abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb", - pasientin bacısı bildirib. 

 

Nigar Məmmədova həm "Mərcan" klinikasında fəaliyyət göstərir, həm də "Medaura" klinikasının baş həkimidir. 

Məsələ ilə bağlı həkim Nigar Məmmədovanın rəsmi səhifəsində yerləşdirdiyi əlaqə nömrəsinə zəng etsək də həmin nömrənin təyin olunmadığı deyildi. 

Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluğa sorgu göndərmişik. 

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb. 

Seçilən
5
2
anews.az

10Mənbələr