AZ

Rafael Fiziyev Qurban Qurbanovla görüşdü

BAKI, 16 iyun. TELEQRAF

Məşhur UFC döyüşçüsü Rafael Fiziyev "Qarabağ" klubunun qonağı olub.

Teleqraf xəbər verir ki, 32 yaşlı azərbaycanlı idmançı "köhlən atlar"ın Suraxanı rayonunda yerləşən "Azersun Arena"nı ziyarət edib.

Fiziyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadə ilə görüşüb.

Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, Bakı Kristal Zalında təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.

Seçilən
29
2
teleqraf.com

3Mənbələr