AZ

Pezeşkian İran xalqına çağırış etdi

İran Prezidenti Məsud Pezeşkian İsraillə davam edən gərginlik fonunda ölkəsinin nüvə silahı istehsal etdiyi ilə bağlı səsləndirilən iddiaları qəti şəkildə təkzib edib.Metbuat.az xəbər verir ki, Pezeşkian bu bu barədə fikirləri İran parlamentində çıxışı zamanı səsləndirib. O, İranın nüvə silahı əldə etmək kimi bir planı olmadığını vurğulayıb. Bununla yanaşı, nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun olduğunu bildirib və uranın zənginləşdirilməsinin davam etdiriləcəyini qeyd edib.Prezident çıxışında həmçinin xalqı milli həmrəyliyə çağırıb:

“Fərqliliklərimizi bir kənara qoymalı və soyqırım törədən, cinayətlərə imza atan düşmənin qarşısında bir yumruq kimi dayanmalıyıq. Onlar bizi zorakılıqla, ölümlə, sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər qəhrəmanın yerinə onu ucaldacaq yüzlərlə yeni qəhrəman yetişir”.

Seçilən
17
1
metbuat.az

2Mənbələr