AZ

İsrailin müdafiə naziri tehranlıları hədələdi: Tezliklə bunun bədəli ödəniləcək

Tehran sakinləri İran hakimiyyətinin əməllərinin əvəzini tezliklə ödəyəcəklər.

Publika.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz "X" sosial şəbəkəsində İranın mülki əhalisinə yönələn hədəylə çıxış edib.

Onun sözlərinə görə, "Tehrandakı təkəbbürlü diktator" İsrail Müdafiə Qüvvələrini onun imkanlarını sarsıdan hücumu davam etdirməkdən çəkindirmək üçün mülki İsrail sakinlərini hədəfə alır.

"Tehranlılar tezliklə bunun bədəlini ödəyəcək", - deyə o yazıb.

Seçilən
11
publika.az

1Mənbələr