AZ

Brent markalı neftin bir barreli 73,77 dollara qalxdı

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 73,77 dollara satılır.
Sitat.info xəbər verir ki, cümə günü 76,31 dollara kimi bahalaşan Brent markalı neftin bir barelinin qiyməti günü 73,67 dollarla bağladı.

“Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:27-ə olan bağlanış qiyməti ilə müqayisədə 0,14 faiz artaraq 73,77 dollar təşkil edib. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 71,85 dollardan alıcı tapıb.

İsrail və İran arasında qarşıdurmaların artması Yaxın Şərqdə təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırsa da, cümə günü beş aylıq pik həddinə çatan neft qiymətləri həftənin ilk ticarət günündə bir qədər azalsa da, hələ də yüksəliş trendindədir.

Qeyd edək ki, İran cümə günü İsrailin İranın müxtəlif şəhərlərində nüvə obyektlərini və ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlarına ballistik raketlərlə cavab verib. Tərəflərin gərginliyi azaltmaq üçün heç bir addım atmaması və həftə sonu boyunca davam edən qarşılıqlı hücumlar münaqişənin daha da genişlənəcəyi ilə bağlı narahatlıqları artırıb. Bu hadisələr regionda neft tədarükündə fasilələrin ola biləcəyi ilə bağlı narahatlıqları artırıb və qlobal enerji ticarəti üçün kritik əhəmiyyətə malik Hörmüz boğazında mümkün fasilələrlə bağlı risk faktoru artıb.

Məğrur,

Sitat.info 

 

Seçilən
5
1
sitat.info

2Mənbələr