Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
İsraildə Rusiya səfirliyi yaxınlığında partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov "Rossiya-24" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, diplomatik missiyanın bəzi əməkdaşlarının mənzillərinə yüngül zərər dəyib.
"Xoşbəxtlikdən birbaşa zərbə olmayıb, lakin belə xoşagəlməz hallar baş verdi", - deyə diplomat bildirib.
O əlavə edib ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiya diplomatik nümayəndəliyi İsraildə iş rejimini gücləndirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.