“Napoli”nin futbolçusu Viktor Osimhen “Əl Hilal”dan növbəti təklifi alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu nigeriyalı hücumçuya illik 50 milyon avro maaş təklif edib.
Osimhen daha əvvəl ərəblərin 3 təklifini rədd edib.
26 yaşlı hücumçu başa çatan mövsümü icarə əsasında Türkiyənin “Qalatasaray” klubunda keçirib. O, 41 oyunda 37 qol vurub.