AZ

Sloveniya Fransadan CAESAR özüyeriyən artilleriya qurğuları alır

Sloveniya Müdafiə Nazirliyi Fransadan 12 ədəd 155 mm-lik CAESAR özüyeriyən artilleriya qurğusunun (ÖAQ) alınması ilə bağlı sifarişi təsdiqləyib.

“Poliqon” Sloveniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 87 milyon avro təşkil edir.

Sifariş çərçivəsində avadanlıq və xidmətlərin iki partiya şəklində 2028-ci ilə qədər çatdırılması planlaşdırılır.

Sözügedən sifarişə CAESAR ÖAQ-larla yanaşı, kəşfiyyat və “Atlas” artilleriya informasiya sistemləri də daxildir.

Bundan əlavə, Sloveniya Müdafiə Nazirliyi tərəfindən sonradan daha altı ədəd CAESAR özüyeriyən artilleriya qurğusu sifariş ediləcək ki, onlar da 2030-cu ilə qədər tədarük olunacaq.

Qeyd edək ki, CAESAR ÖAQ-lar Fransanın “KNDS France” (əvvəlki adı “Nexter”) şirkəti tərəfindən istehsal edilir.

Xatırladaq ki, ötən il Fransa və Ermənistan arasında da CAESAR özüyeriyən artilleriya qurğularının tədarükü bağlı müqavilə imzalanıb.

Seçilən
19
poliqon.az

1Mənbələr