Macarıstanın paytaxtı Budapeştdə keçirilən böyük cüdoçular arasında dünya çempionatı davam edir.
"Unikal" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı mübarizəyə start verəcək.
81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev 1/16 finalda Pavel Drjimal (Polşa) - Jianqnan Vanq (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.