Fransız enerji şirkəti “TotalEnergy”, “Chevron”un ABŞ-dakı aktiv portfelində 25% alır.
Bu barədə “APA-Economics” şirkətin rəsmi elanına istinadən xəbər verir.
Bildirilir ki, müqavilə təxminən 1000 kvadrat kilometr ərazini əhatə edən xarici kontinental şelfin federal mülkiyyətində olan 40 ərazini əhatə edir.
Qeyd edək ki, “TotalEnergy” Azərbaycanın neft-qaz sektorunda da təmsil olunub.