AZ

Dünya çempionatı: Yaponiya liderliyini qoruyub

Yaponiyanın cüdo komandası Budapeştdə (Macarıstan) keçirilən dünya çempionatında liderliyini qoruyub.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günü cüdonun yaradıcılarının hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc medal var.

Fransa ikinci (1-1-1), İtaliya isə üçüncü yerdədir (1-0-0).

Ümumilikdə isə 14 ölkənin idmançıları medal qazanıblar. Bu göstəricidə Azərbaycan komandası hələ ki, fərqlənə bilməyib.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr