Qitə kuboklarının təsnifat mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.
Avropa kubokunun final mərhələsinə yüksələn yığmamız dünyada 35-ci sıradadı. Komandanın hesabında 83,991 xal var. Millimiz ötən siyahı ilə müqayisədə xal itirməsə də, 5 pillə geriləyib.
Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 550,509 xal.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta