Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya lazım gələrsə, İran-İsrail münaqişəsinin həllində vasitəçilik xidmətlərini göstərməyə hazırdır.
O xatırladıb ki, Rusiya lideri ötən günlərdə İsrailin baş naziri Binyamin Netanyahu, İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb.
“Rusiya zərurət yaranarsa, prezident Vladimir Putinin prezident Trampla əvvəlki söhbətində qeyd etdiyi təkliflər də daxil olmaqla, vasitəçilik xidmətlərini təqdim etməyə hazır olaraq qalır.
Bu baxımdan Rusiyanın hazırlığı və istəyi qalır. Lazım gələrsə, bütün bunlar həyata keçirilə bilər”, - deyə Kreml nümayəndəsi bildirib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.