AZ

Ceyhun Bayramovla özbəkistanlı həmkarı arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən iyunun 21-22-də İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Seçilən
1
29
bakivaxti.az

10Mənbələr