Sibiryanın ucqar Abakan dağlarında 42 il boyunca insan üzü görmədən yaşayan Lykov ailəsi təsadüfən aşkar edilib.
News24.az xəbər verir ki, Sovet repressiyalarından qaçaraq 1936-cı ildə meşəyə sığınan ailə, 1978-ci ilə qədər heç kimlə təmas qurmadan həyatda qalmağı bacarıb.
Ailə, cəmiyyətə təsadüfən bir geoloji kəşfiyyat uçuşu zamanı helikopter pilotunun gözünə ilişən meşə daxması sayəsində aşkarlanıb. Rəsmi xəritələrdə belə adı keçməyən bu yer, insan yaşaması üçün əlverişsiz, sərt iqlimə malik bölgədə yerləşir.
Hazırda ailənin sağ qalan son üzvü hələ də həmin daxmada yaşayır. Onların hekayəsi dünya tarixinin ən uzun təcrid həyatlarından biri kimi qeyd olunur. Ailənin üzvləri sonralar verdikləri açıqlamalarda ən çox duz və çörəyi darıxdıqlarını bildiriblər.
Bu inanılmaz kəşf, həm insanın təbiətlə təklikdə necə sağ qala biləcəyini, həm də modern cəmiyyətdən tamamilə uzaq yaşamanın mümkünlüyünü sübut edən nadir hadisələrdən biri kimi yadda qalıb.
Səma Orucova